MN: Ordumuzun sərhəddə Ermənistan hərbçisini yaralaması barədə məlumat yalandır

MN: Ordumuzun sərhəddə Ermənistan hərbçisini yaralaması barədə məlumat yalandır
# 07 avqust 2022 13:02 (UTC +04:00)

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR