MN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıb

MN: Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıb
# 16 avqust 2022 12:30 (UTC +04:00)

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.
Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

MN xüsusi olaraq qeyd edib ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR