MN: Tanklardan müxtəlif çalışmalar yerinə yetirilib - VİDEO

MN: Tanklardan müxtəlif çalışmalar yerinə yetirilib - VİDEO
# 24 fevral 2023 10:03 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR