MN Ermənistana məxsus helikopterin Xocavənddə aşkarlanan qalıqlarının videogörüntüsünü yayıb - VİDEO

Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları

© APA | Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları

# 12 avqust 2022 12:09 (UTC +04:00)

Müdafiə Nazirliyi dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan, Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının videogörüntüsünü yayıb.

Qeyd edək ki, dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

APA həmin videogörüntünü təqdim edir:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR