Müdafiə naziri qarşı tərəfin törədə biləcəyi təxribatların qarşısını dərhal almağı əmr edib

Müdafiə naziri qarşı tərəfin törədə biləcəyi təxribatların qarşısını dərhal almağı əmr edib
# 30 iyul 2022 12:06 (UTC +04:00)

İyulun 30-da Müdafiə Nazirlində keçirilən xidməti müşavirədə müdafiə naziri Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edib.

APA xəbər verir ki, bu barədə MN-in yaydığı məlumatda bildirilib. Məlumata görə, nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən qoşunlarda yoxlamaların keçiriləcəyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR