Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki konsuluna başsağlığı verib

Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki konsuluna başsağlığı verib
# 07 fevral 2023 17:39 (UTC +04:00)

Fevralın 7-də müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.

MN-dən APA-ya verilən məlumata görə, general-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.
Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR