Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan ərazisinə hərbi yükdaşımalar üçün mülki nəqliyyat vasitələrindən istifadə edir

Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan ərazisinə hərbi yükdaşımalar üçün mülki nəqliyyat vasitələrindən istifadə edir
# 21 mart 2023 19:04 (UTC +04:00)

Ermənistan tərəfinin Azərbaycan ərazisinə hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır: “Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib.

Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR