Müdafiə Nazirliyi: İndiyə qədər 13365 hektar ərazi minalardan təmizlənib

Müdafiə Nazirliyi: İndiyə qədər 13365 hektar ərazi minalardan təmizlənib
# 19 dekabr 2021 10:57 (UTC +04:00)

Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib.
APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR