Müdafiə Nazirliyi Türkiyəyə növbəti partiya yardım göndərib

Müdafiə Nazirliyi Türkiyəyə növbəti partiya yardım göndərib
# 09 fevral 2023 22:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

APA xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb.

Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR