Müdafiə Nazirliyi yaralanan hərbçilərin sayını açıqlayıb - VİDEO

Müdafiə Nazirliyi yaralanan hərbçilərin sayını açıqlayıb - VİDEO
# 17 sentyabr 2022 14:42 (UTC +04:00)

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, yaralanan 282 hərbi qulluqçudan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfərin vəziyyəti orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd olunmalıdır ki, yaralanmış hərbi qulluqçulara ən peşəkar hərbi-həkim heyəti və digər tibb personalları tərəfindən xidmət göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR