Müdafiə Nazirliyinin rəhbərliyi MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edənlərə təşəkkürünü bildirib

Müdafiə Nazirliyinin rəhbərliyi MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edənlərə təşəkkürünü bildirib
# 20 avqust 2019 15:17 (UTC +04:00)

Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MN rəhbərliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları və katerləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Vaqif Cəfərov” kran, “Nefteqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcları cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR