NATO ekspertləri Bakıda treyninq keçirir - FOTO

NATO ekspertləri Bakıda treyninq keçirir - FOTO
# 07 dekabr 2022 13:08 (UTC +04:00)

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.
Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR