Azərbaycan müdafiə sənayesi sahəsində böyük inkişaf yolu keçir.
APA xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşü zamanı bildirib.
Nazir, Azərbaycanın Türkiyə, İsrail və bəzi ölkələrlə bu sahədə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Mədət Quliyevin sözlərinə görə, müdafiə sənayesi üzrə işlər, layihələr davam edir. Bu gün Azərbaycan bir çox ölkələrə silah-sursat satır.