Nazir: Türkiyədə təlimlərə qatılan hərbçilər tapşırıqları yüksək səviyyədə icra edib

Zakir Həsənov

© APA | Zakir Həsənov

# 02 fevral 2023 18:35 (UTC +04:00)

Qarsda baş tutan “Qış-2023” hərbi təlimləri yüksək səviyyədə təşkil olunub.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri təlimlərin təşkilində böyük əmək sərf edib.

Zakir Həsənovun sözlərinə görə, təlimlərdə iştirak edən şəxsi heyət öz vəzifə borclarını yüksək səviyyədə icra edib.

“Biz Türkiyənin milli müdafiə naziri ilə qərara gəldik ki, təlimlərdə iştirak edən şəxsi heyət vəzifə borclarını yüksək səviyyədə icra etdi və təlimlərdə qarşıya qoyulan tapşırıqlar tam şəkildə yerinə yetirildi”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR