Nazirlik: Gələn il hərbi əməkdaşlıq sahəsində bir sıra ölkələrlə birgə təlimlər keçiriləcək

Nazirlik: Gələn il hərbi əməkdaşlıq sahəsində bir sıra ölkələrlə birgə təlimlər keçiriləcək
# 29 dekabr 2021 16:51 (UTC +04:00)

2022-ci ildə də beynəlxalq hərbi əməkdaşlıq sahəsində bir sıra ölkələrlə təlim və treninqlərin keçirilməsi planlaşdırılır.

APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, 2022-ci ildə Azərbaycan hərbçilərinin Türkiyə ilə ikitərəfli təlimlərdə, NATO proqramları çərçivəsində, o cümlədən “Beynəlxalq Ordu Oyunları”nda iştirakı da nəzərdə tutulur.

MN rəsmisi deyib ki, cari il ərzində ölkə daxilində 27, xaricində isə 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib: “İkitərəfli əməkdaşlıq planları və NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində xarici ölkələrdə və Azərbaycanda ümumilikdə 522 beynəlxalq tədbir keçirilib.

NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” Missiyasında iştirak edən Azərbaycan Ordusunun sülhməramlı kontingentinin iştirakı cari ilin avqust ayında sona çatdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR