Nazirlik: “Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsi yaradılmalıdır”

Nazirlik: “Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsi yaradılmalıdır”
# 05 mart 2023 14:31 (UTC +04:00)

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR