Neftçala, Zərdab və Qubada şəhidlər dəfn edilib - YENİLƏNİB 1

Şəhid Ümid Həsənovun dəfni

© APA | Şəhid Ümid Həsənovun dəfni

# 14 sentyabr 2022 10:33 (UTC +04:00)

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, MAXE Ümid İlqar oğlu Həsənov dəfn olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhidin nəşi Quba rayonuna gətirilib.

O, rayonun İsnovqışlaq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Vəli Turan

***

10:17

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu, Zərdab rayonunun Kəndəbil kənd sakini, 1992-ci il təvəllüdlü gizir Fərid Nofər oğlu Rüstəmov son mənzilə yola salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşi doğulduğu Zərdab rayonunun Kəndəbil kəndinə gətirilib və böyük izdihamla qarşılanıb. Vida mərasimində hərbiçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ruhuna dualar oxunduqdan sonra o, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Zahid Abışov

***

09:28

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Neftçala rayonunun Bankə qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Fətullayev Rafail Rüfət oğlu Bankə qəsəbəsində dəfn olunub.

Bu barədə APA-nın Mil-Muğan bürosu məlumat verib.

Əlibəy Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR