Ombudsman Hadrutda hərbi hissəyə başçəkmə həyata keçirib - FOTO - YENİLƏNİB

Ombudsman Hadrutda hərbi hissəyə başçəkmə həyata keçirib - FOTO  - YENİLƏNİB
# 07 fevral 2023 15:35 (UTC +04:00)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, 6 fevral tarixində Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Hadrud Qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmə zamanı Ombudsman öncə hərbi hissənin ərazisində yerləşən “Dəmir Yumruq” büstünü və şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, şəhidlərin əziz xatirəsini yad edib.

2-ci Ordu Korpusunun komandiri Mayis Bərxudarov qonaqlara hərbi hissəsinin yaranması və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Ombudsman “N” saylı hərbi hissənin “Şərəf kitabı”na öz ürək sözlərini yazıb.

Səbinə Əliyeva və Aparatın əməkdaşları hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxanaya, yeməkxanaya və hərbi sirr təşkil etməyən digər obyektlərə də baş çəkiblər. Müvəkkil həmin ərazidə yerləşən Hadrut Hərbi Hospitalında olub, orada müalicə alan hərbi qulluqçuların sağlamlıq vəziyyətləri ilə maraqlanıb, tibbi personalla görüşüb və onlara xidmətlərində uğurlar arzu edib.

Ombudsman hərbi hissənin yeməkxanasında hərbi qulluqçularımızla birlikdə nahar edib.

Səbinə Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib, hərbi hissənin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

***

15.02

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

MN-dən APA-ya verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.
Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.
S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR