Orduda günvurma hallarının qarşısının alınması üçün nəzarət artırılacaq

Orduda günvurma hallarının qarşısının alınması üçün nəzarət artırılacaq
# 02 iyul 2022 12:06 (UTC +04:00)

Azərbaycan Ordusunda istilik və günvurma hallarının qarşısının alınması üçün müvafiq nəzarət həyata keçiriləcək.

APA-nın xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejimin tələblərinə, həmçinin yanğın və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına nəzarətin vacibliyi qeyd edilib.

General-polkovnik Z.Həsənov azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR