Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub
# 04 iyun 2023 15:06 (UTC +04:00)

İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR