İşğaldan azad olunmuş ərazilərdə ötən ay 1126 mina aşkarlanıb

İşğaldan azad olunmuş ərazilərdə ötən ay 1126 mina aşkarlanıb
# 02 dekabr 2022 10:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2522,6 hektar ərazi mina və PHS-dən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR