Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTO

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsində olub - FOTO
# 01 dekabr 2022 18:15 (UTC +04:00)

Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

APA xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Məlumata görə, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR