Qırğızıstanın sabiq Baş naziri: Azad edilmiş ərazilərdəki minaların sayı şok edicidir

Qırğızıstanın sabiq Baş naziri: Azad edilmiş ərazilərdəki minaların sayı şok edicidir
# 25 may 2023 15:55 (UTC +04:00)

Mən Qarabağa qardaş Azərbaycan xalqına simpatiyamı göstərmək üçün gəlmişəm.

Bu barədə Ağdamda keçirilən II Beynəlxalq mina fəaliyyəti konfransında iştirak edən Qırğızıstanın sabiq Baş naziri Comərt Otorbayev APA-ya bildirib.

“Minalardan təmizlənmə son dərəcə önəmli və milli məsələdir. Bu ərazilərdə olan minaların sayı və növlərinin çoxluğu şok edicidir. Aydındır ki, hakimiyyət bu ərazilərin bərpasına dair qarşıya tapşırıq qoyub və bura investisiyalar cəlb edərək iş yerləri açmaq üçün insanların təhlükəsizliyini təmin etmək lazımdır”, - sabiq Baş nazir qeyd edib.

O vurğulayıb ki. 51 ölkədən 200-ə yaxın iştirakçı məlumatlandırılmaq və sonra bu məlumatları dünyaya çatdırmaq üçün Ağdama gəlib: “Ərazilərin minalanması prosesi antihumanitar aktdır. Mən müharibələrin olmamasını, insanların sülh içində yaşamasını, bir-birinə qarşı inamı bərpa etməklərini istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR