“Qış təlimi-2023”də Yüksək səviyyəli müşahidəçi günü başlayıb - FOTO - YENİLƏNİB

“Qış təlimi-2023”də Yüksək səviyyəli müşahidəçi günü başlayıb - FOTO  - YENİLƏNİB
# 02 fevral 2023 12:45 (UTC +04:00)

Türkiyənin Qars vilayətində keçirilən “Qış təlimi-2023” adlı birgə təlimlər çərçivəsində Yüksək səviyyəli müşahidəçi günü başlayıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, Yüksək səviyyəli müşahidəçi günündə Türkiyənin milli müdafiə naziri Hulusi Akarla bərabər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze də iştirak edir.

***

11:41

Türkiyənin Qars əyalətində “Qış-2023” birgə hərbi təlimlərinin son günü keçirilir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, təlimlərə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstanla yanaşı, ümumilikdə 17 ölkədən hərbçilər iştirak edir.

Təlimlərdə 2113 nəfərlik şəxsi heyət iştirak edir, onlardan 189-u xarici ölkələrdən qatılan hərbçilərdir.

Kəskin hava şəraitində keçirilən “Qış-2023” təlimlərində Türkiyənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, xüsusi təyinatlıları və digər silahlı bölmələri iştirak edir.

Qeyd edək ki, Azərbaycan təlimlərə tank, snayper, Hərbi Hava Qüvvələrinin bölmələri (paraşüt) və Silahlı Qüvvələrinin Baş Qərargahının şəxsi heyəti ilə qatılıb.

Təlimlərin məqsədi müştərək hərəkatın icrasına dair koordinasiya və sinxronluğu təmin etmək, kəskin hava şəraitində atəş və digər hərbi manevrləri təkmilləşdirmək, o cümlədən qış fəslində bölmələrin yerləşməsini təmin etməkdir. 18 yanvar - 2 fevral tarixlərində keçirilən təlimlər çərçivəsində ilk dəfə olaraq “GİRİT” tank əleyhinə raket sistemi, “KN-12” snayperi, “KARGU” kamikadze dronları, digər silah və hərbi texnika cəlb edilib. Bundan əlavə, “F-16” qırıcıları və “ATAK” helikopterləri də hava manevrləri nümayiş etdirib.

Xatırladaq ki, “Qış-2023” təlimlərini izləmək üçün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR