Qozlukörpü yaşayış məntəqəsindəki fermada sursat anbarı aşkarlanıb - VİDEO - FOTO

Qozlukörpü yaşayış məntəqəsindəki fermada sursat anbarı aşkarlanıb - VİDEO  - FOTO
# 21 sentyabr 2023 19:31 (UTC +04:00)

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR