Rey Kərimoğlu: Qazilərə verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkür edirik

Rey Kərimoğlu

© APA | Rey Kərimoğlu

# 02 avqust 2022 16:00 (UTC +04:00)

Qazilərə verilən yüksək qiymətə görə dövlət başçısına, birinci xanım Mehriban Əliyevaya, o cümlədən işin ərsəyə gəlməsində böyük xidmətləri olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin komandasına minnətdarlığımızı bildiririk.

Bunu APA-ya açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərir:

“Neçə müddət idi ki, I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi istiqamətində iş aparılırdı. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşlərimiz, danışıqlarımız olub. Müəyyən məsələləri müzakirə etmişik. Bəzi detallar var idi ki, sual doğururdu, narahat idik. Şükür olsun ki, bu gün həmin məsələlər öz həllini tapıb. Bütövlükdə gözəl təşəbbüsdür və alqışlayırıq. İnşallah, bütün qazilərimiz növbəli şəkildə birdəfəlik ödəmələrini alacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR