Rusiyalı ekspert: Ermənistan tərəfinin təxribatının məqsədi sülh sazişinin imzalanmasını pozmaqdır

Rusiyalı ekspert: Ermənistan tərəfinin təxribatının məqsədi sülh sazişinin imzalanmasını pozmaqdır
# 13 sentyabr 2022 02:10 (UTC +04:00)

Ermənistan tərəfinin silahlı təxribatının məqsədi sülh sazişinin imzalanmasını pozmaqdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

"Ermənistan tərəfiniin silahlı təxribatının məqsədi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır", - deyə rusiyalı hərbi ekspert sosial şəbəkə hesablarında qeyd edib.

Korotçenko baş verən təxribatın Ermənistanın müdafiə naziri Suren Papikyanın bir müddət öncə ABŞ-da səfərdə olması ilə əlaqələndirib:

"Təxribat ərəfəsində Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfər edib. Təsadüf? Düşünmürəm!"

Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas maraqlı tərəflər ABŞ və Avropa İttifaqıdır. Onlar Ermənistanın əli ilə hərəkət edərək Rusiya üçün mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq multimodal nəqliyyat dəhlizinin işə salınmasını və tam fəaliyyətini pozmaq istəyirlər.

İrəvanın marağı isə ATƏT-in Minsk Qrupunun fəaliyyətini canlandırmaq, Vaşinqton və Parisin dəstəyi ilə Qarabağda separatçı anklav statusunu irəli sürməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR