Şəhid Nihat Verdiyev Gəncədə dəfn edilib - FOTO

Şəhid Nihat Verdiyev Gəncədə dəfn edilib - FOTO
# 16 sentyabr 2022 15:30 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan 2003-cü il təvəllüdlü Nihat Verdiyev Gəncədə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi əvvəlcə Gəncədə Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib, daha sonra şəhərin Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Daşkəsən İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Pərvin Kərimzadə, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirib. Dəfndən sonra şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib, Azərbaycan himni səslənib, yaylım atəşi atılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR