Selçuk Bayraktar: “Bir zaman ürəyimizdə yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir”

Selçuq Bayraktar

© APA | Selçuq Bayraktar

# 26 may 2022 12:00 (UTC +04:00)

“Bu gün ölkələrin müstəqilliklərini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

APA xəbər veir ki, bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

Selçuq Bayraktar deyib ki, uğurların əsası inanmaqdan keçir: “İnsanı ən çətin anda belə motivasiya edən inancı və hədəflərdir. Atam Özdəmir Bayraktarın da dediyi kimi, haqqı üstün tutmağı inancınızda əsas götürün. İnanaraq başladığınız işdə ailənizə, ailənizdən də ötə millətinizə, millətinizdən də ötə dünyaya faydanı əsas götürün”.

O qeyd edib ki, iki ölkənin xalqları, dövlətləri ən çətin anlarda bir-birlərinə dəstək olublar: “Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizi bir daha anmaq istəyirəm. Dost ən çətin gündə tanınar, ən çətin gündə də bir aradaydıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR