Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 10 may 2022 12:29 (UTC +04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildiririlib ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR