“Snayper həddi” beynəlxalq müsabiqəsində növbəti atışlar yerinə yetirilib - FOTO

“Snayper həddi” beynəlxalq müsabiqəsində növbəti atışlar yerinə yetirilib - FOTO
# 18 avqust 2022 20:22 (UTC +04:00)

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR