Tacikistan səfiri: “Bakıda Ali Hərbi Məktəbdə 18 kursantımız təhsil alır”

Tacikistan səfiri: “Bakıda Ali Hərbi Məktəbdə 18 kursantımız təhsil alır”
# 25 aprel 2022 11:41 (UTC +04:00)

Bakıda Ali Hərbi Məktəbdə 18 kursantımız təhsil alır.

APA xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev BMTM-də keçirilən müzakirədə çıxışı zamanı deyib.

O, ADA Universitetində də tacikistanlı tələbələrin təhsil aldığını əlavə edib.

Diplomat iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin inkişaf etdiyini vurğulayıb: “Bizim ölkələrimizin liderləri arasında səmimi, etibarlı münasibətlər var. Təhlükəsizlik sahəsində, terrorla mübarizədə yaxın əməkdaşlığımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR