“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib - FOTO

“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib - FOTO
# 12 avqust 2022 18:41 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR