Tank bölmələrinin döyüş hazırlığı yoxlanılır - VİDEO

Tank bölmələrinin döyüş hazırlığı yoxlanılır - VİDEO
# 17 noyabr 2022 10:01 (UTC +04:00)

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır.
Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər.
Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR