“Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub - FOTO

“Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub - FOTO
# 17 dekabr 2021 15:18 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıq, igidlik, mübarizlik və cəsarət nümunələrini əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub.

APA-nın xəbərinə görə, tədbirin rəsmi hissəsinə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

İlk olaraq Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş “Salam, silah” filmi izlənilib.

Daha sonra müdafiə sənayesi naziri Mədət Quliyev çıxış edərək bütün əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədilə 2005-ci il dekabr ayının 16-da dövlət başçısının müvafiq Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Mədət Quliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə hərbi təyinatlı zavodların Azərbaycan Respublikasında yaradılmasına xüsusi diqqət və qayğı göstərib. Məhz həmin dövrdə Ulu Öndərin şəxsi təşəbbüsü və səyi nəticəsində Bakı şəhərində və digər bölgələrdə çoxlu sayda müdafiə təyinatlı elmi və istehsal müəssisələri yaradılıb.

Tədbirin sonunda Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində çalışan bir qrup əməkdaşa döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR