Türkiyədə keçirilən taktiki-uçuş təliminə hazırlıq brifinqi təqdim olunub

“Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq brifinqi

© APA | “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq brifinqi

# 17 may 2022 10:10 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR