Türkiyənin ən böyük silah şirkəti: Azərbaycanla ortaq işlərimiz var

Hakan Özadalı

© APA | Hakan Özadalı

# 08 sentyabr 2022 12:27 (UTC +04:00)

“Azərbaycanla ortaq iş görürük. Yaxın zamanda xəbərlər çıxacaq. Ümid edirəm ki, türk məhsulları ilə Azərbaycanda olacağıq”.

Bunu APA-ya açıqlamasında Bakıda keçirilən 4-cü “ADEX” sərgisində iştirak edən Türkiyənin “Sarsılmaz” şirkətinin satış müdiri Hakan Özadalı deyib.

O bildirib ki, “ADEX” sərgisində əsasən tapança və tüfəngləri ziyarətçilərə təqdim edirlər: “Bu məhsulları nümayiş etdirməkdən qürur duyuruq. Şirkət olaraq Türkiyə Silahlı Qüvvələrinin ən böyük təchizatçısı kimi burada təmsil olunuruq. Azərbaycanda olmaqdan çox məmnunuq”.

Şirkət rəsmisi qeyd edib ki, istehsal etdikləri məhsulları Rusiya, İsrail, Amerika silahları ilə demək olar eynidir: “Hətta deyərdim daha yaxşıdır. Keyfiyyəti, dayanıqlığı və qiymət baxımından üstünlüklərimiz var. Bazarda gücümüz çoxdur. Digər ölkələrə ixracımız da yetərincədir. “Sarsılmaz”ın 142 yaşı var. Yəni çox köklü firmayıq və dünya bazarında öz sözümüzü demişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR