Azərbaycan Silahlı Qüvvələrində Taktik Sahə Rabitə Sistemi qurulacaq

Azərbaycan Silahlı Qüvvələrində Taktik Sahə Rabitə Sistemi qurulacaq
# 22 fevral 2013 12:42 (UTC +04:00)

Əbu Dabi. Rəşad Süleymanov, Şamil Əlibəyli - APA. Türkiyə Silahlı Qüvvələrində mövcud olan TASMUS (Taktik Sahə Rabitə Sistemi) sisteminin Azərbaycan Silahlı Qüvvələrində qurulmasına hazırlıq gedir.

Bu barədə APA-ya İDEX-2013 beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin ASELSAN şirkətindən eksklüziv olaraq bildirilib.

ASELSAN rəsmilərinin sözlərinə görə, artıq bununla bağlı müvafiq işlər görülüb, proqram hazırlanıb və təsdiq olunmasını gözləyir. Azərbaycan hərbçiləri bundan əvvəl Türkiyə Silahlı Qüvvələrində TASMUS sistemi ilə tanış olublar.

Şirkət rəsmilərinin sözlərinə görə, TASMUS şəbəkəsinin qurulması Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat imkanlarını genişləndirəcək. Eyni zamanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin rabitə və döyüşü idarəetmə sistemi arasında uyğunluq təmin olunacaq.

Bu isə öz növbəsində gələcəkdə qüvvələrin birgə əməliyyatlar aparmasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR