Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
# 10 yanvar 2013 11:48 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya monitorinqin insidentsiz başa çatdığını bildirib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Yevgeniy Şarov keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov izləyib.

E. Sabiroğlu, erməni mətbuatında Azərbaycan tərəfinin ATƏT missiyasını monitorinq zamanı təmas xəttinə çıxarmaması barədə yayılan məlumatı təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR