Azərbaycanla NATO arasında əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər keçiriləcək

Azərbaycanla NATO arasında əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər keçiriləcək
# 12 noyabr 2012 07:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycanla NATO arasında imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq proqramı əsasında bir sıra tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəfdaşların MTT üzrə ekspertlərin daimi qrupunun toplantısı 13-16 noyabr tarixində Almaniyanın Drezden şəhərində baş tutacaq.

“Sea Breeze 2013” təliminin ilkin planlaşdırma konfransı isə 14-15 noyabrda Ukraynanın Odessa şəhərində olacaq. Türkmənistanın Aşqabad şəhərində “Dəniz təhlükəsizliyi sahəsində dövlətlərarası əməkdaşlıq: Hadisələrin qarşısının səmərəli şəkildə alınması və böhranların aradan qaldırılması təcrübələri” mövzusunda dəyirmi masa noyabrın 15-də başlayacaq.

NATO qüvvələrinin qorunması kursu 19-23 noyabrda Almaniyanın Oberamerqau şəhərində olacaq. Ankarada 2012 “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələr təlimi

noyabrın 26-dan dekabrın 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR