Bakıda Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək - EKSKLÜZİV

Bakıda Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək - <span style="color: red;">EKSKLÜZİV
# 04 yanvar 2013 07:30 (UTC +04:00)

APA-nın öz hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, təlimdə Azərbaycan Silahlı Qüvvələrinin bir motoatıcı taboru, Türkiyədən isə bir bölük iştirak edəcək. Təlimdə məqsəd əməliyyatlarda qüvvələrin birgə fəaliyyətini təşkil etməkdir.

Təlim Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq planına uyğun olaraq keçiriləcək.

Qeyd edək ki, ötən il Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyədə keçirilən bir sıra təlimlərdə iştirak ediblər. Son olaraq Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət bir qrup Ankarada «Qafqaz Qartalı-2012» təliminə qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR