Deputat: “Müdafiə Nazirliyi rəy vermədiyinə görə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsini müzakirəyə çıxara bilmirik”

Deputat: “Müdafiə Nazirliyi rəy vermədiyinə görə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsini müzakirəyə çıxara bilmirik”
# 04 yanvar 2013 11:54 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında komitə üzvü Zahid Oruc deyib.

Azərbaycanda bu qanunun 2001-ci ildə qəbul olunduğunu xatırladan deputat qeyd edib ki, sənəd tamamilə yenidən hazırlanır və 9 müxtəlif ölkənin təcrübəsinə müraciət olunub: “Sənəddə hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş onlara dövlət qulluqçusu statusunun verilməsinə qədər müxtəlif təkliflər əksini tapıb. Onlara dövlət qulluqçusu statusunun verilməsi təklifini irəli sürməklə biz ölkədə digər dövlət qulluqçuları ilə yanaşı, hərbi qulluqçulara da eyni imtiyazların verilməsini nəzərdə tutmuşuq. Lakin Müdafiə Nazirliyi hələ də sənədə müsbət rəy verməyib. Buna görə də sənəd payız sessiyasının gündəliyinə salınsa da, müzakirəyə çıxarılması mümkün olmadı”.

Z. Oruc bildirib ki, nazirlik rəy vermədiyi üçün sənəd tam hazır hesab olunmur, ona görə də orada nəzərdə tutulan detalların ictimaiyyətə açıqlanması ajiotaj yarada bilər.

Deputat deyib ki, sənəd qəbul olunacağı təqdirdə, Azərbaycanda peşəkar hərbçi olmaq istəyən insanlar üçün mühüm stimul yaradacaq: “Azərbaycanda hərbi sənaye imkanları yarandıqca, texniki baza formalaşdıqca, xarici ölkələrlə hərbi əməkdaşlıq gücləndikcə, hərbçilərin peşəkarlığı və təminatı məsələsi aktuallaşır. Hərbi qulluqçuların Azərbaycanın artan iqtisadi imkanları fonunda təminatlarını genişləndirmək, onların statusunu müəyyənləşdirmək çox önəmli məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR