Martda Azərbaycan və Pakistan arasında hərbi sənaye sahəsində görüş keçiriləcək

Martda Azərbaycan və Pakistan arasında hərbi sənaye sahəsində görüş keçiriləcək
# 19 fevral 2013 11:04 (UTC +04:00)

Əbu Dabi. Rəşad Süleymanov, Şamil Əlibəyli - APA. Mart ayının əvvəllərində Azərbaycan və Pakistan arasında hərbi sənaye sahəsində görüşün keçirilməsi planlaşdırılır.

Bu barədə APA-ya BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində keçirilən “IDEX 2013” beynəlxalq müdafiə sərgisində iştirak edən Pakistan nümayəndə heyətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sektorunda əməkdaşlıq istiqamətləri müzakirə olunacaq, birgə layihələrə baxılacaq.

Pakistan nümayəndə heyətində təmsil olunan bu ölkənin hərbi şirkətləri Azərbaycan hərbi sənaye kompleksi ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, öz texnologiyalarının Azərbaycana transferinə hazır olduqlarını açıqlayıblar.

Pakistan heyətindən həmçinin bildirilib ki, rəsmi İslamabad hər zaman Azərbaycanı hərbi sahədə dəstəkləməkdə davam edəcək: “Biz ən müasir hərbi texnologiyalarımızı Azərbaycan istərsə verməyə hazırıq”.

Qeyd edək ki, APA-nın əməkdaşlarının sərgidə iştirakına Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi texnikaların istehsalı sahəsində tərəfdaşı, CAR-ın “Paramount Group” şirkəti dəstək verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR