NATO-nun kəmərlərin təhlükəsizliyi məsələsində Azərbaycana texniki dəstək vermək planı yoxdur

NATO-nun kəmərlərin təhlükəsizliyi məsələsində Azərbaycana texniki dəstək vermək planı yoxdur
# 17 noyabr 2012 08:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. NATO-nun öz sərhədlərindən kənarda enerji kəmərlərinin və mənbələrinin fiziki müdafiəsinin təmin edilməsində hər hansı iştirakı yoxdur. Bu barədə APA-ya NATO-nun enerji təhlükəsizliyi üzrə ekspertləri bildiriblər.

Alyans Xəzər hövzəsi, Ərəb yarımadası və Şimali Afrika regionunu enerji təhlükəsizliyinin təmin olunmasında mühüm istiqamət hesab edir. Ümumilikdə enerji təhlükəsizliyi kiber təhlükəsizlik kimi son illərdə NATO-nun üzləşdiyi əsas təhdidlərdəndir və Alyans bununla bağlı yeni yanaşmanı nəzərdən keçirir.

«Bununla belə, hazırda NATO-nun sərhədlərində yerləşən Azərbaycan kimi ölkələrə kəmərlərin fiziki təhlükəsizliyinin təmin olunmasında texniki dəstək göstərmək planı mövcud deyil. Biz yalnız tərəfdaş ölkələrə bu sahədə siyasi dəstək verə bilərik», - deyə NATO ekspertləri vurğulayıblar.

Alyans ekspertlərinin sözlərinə görə, 2008-2009-cu illərin qış mövsümündə Rusiya ilə yaşanmış qaz problemindən nəticələr çıxaran NATO hazırda enerji mənbələrinin diversifikasiyasına da böyük önəm verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR