Ötən ay Azərbaycanda 3 383 944 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanda 3 383 944 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 09 yanvar 2013 13:24 (UTC +04:00)

Əməliyyatlar zamanı 618 PHS və 2 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Dekabr ayında 1 mina/PHS hadisəsi qeydə alınıb.

Ümumilikdə 2012-ci il ərzində 32 819 864 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Cəmi 11 364 PHS aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə 2012-ci il ərzində 18 mina/PHS hadisəsi qeydə alınıb və 22 nəfər zərər çəkib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 214 291 899 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 676 170 olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Qazax, Gədəbəy, Göygöl, Goranboy, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR