Qəbələ RLS-lə bağlı Azərbaycan-Rusiya birgə komissiyasının ilk iclası keçirilir

Qəbələ RLS-lə bağlı Azərbaycan-Rusiya birgə komissiyasının ilk iclası keçirilir
# 06 fevral 2013 12:20 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması ilə bağlı yaradılmış Azərbaycan-Rusiya birgə komissiyasının dünən Bakıda ilk iclası keçirilib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib.

O qeyd edib ki, bu gün qeyd olunan müzakirələr Qəbələdə davam etdiriləcək. Səfir iclasda hansı avadanlığın Azərbaycandan çıxarıla biləcəyi məsələsinin müzakirə olunduğunu deyib: “Biz Qəbələ radiolokasiya stansiyasını Azərbaycana qəbul etdiyimiz şəkildə qaytarmalıyıq. Bundan başqa saziş imzalandıqdan sonra gətirdiyimiz avadanlıqlar Rusiyanın mülkiyyətidir və onu geri aparmaq hüququmuz var”.

Səfirin sözlərinə görə, bu məsələ qısa müddət ərzində öz həllini tapacaq: “Və bundan sonra stansiyanın tam şəkildə Azərbaycanın yurisdiksiyasına keçməsi barədə sənədlər imzalanacaq və Rusiya aparmaq hüququna malik olduğu avadanlıqları Azərbaycandan çıxarmağa başlayacaq”.

Səfir bu prosesin nə qədər davam edəcəyini söyləməkdə çətinlik çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR