Səfər Əbiyev ABŞ nümayəndə heyətini qəbul edib - FOTO

Səfər Əbiyev ABŞ nümayəndə heyətini qəbul edib  - <span style="color: red;">FOTO
# 17 yanvar 2013 14:08 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müxtəlif sahələr üzrə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edən nazir hərbi əməkdaşlıq sahəsində də əldə edilən müsbət nəticələrdən söhbət açıb.

Görüş zamanı müdafiə sahəsindəki əlaqələr barədə də geniş fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbləri haqda qonağı məlumatlandırıb. Nazir qeyd edib ki, münaqişənin həll olunmaması bütövlükdə bölgədəki vəziyyəti təhlükə altında saxlayır.

Görüş zamanı xanım Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd edərək ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR