Türkiyə Jandarma Qüvvələri Baş Komandanı yanvarın 24-də Azərbaycana gələcək

Türkiyə Jandarma Qüvvələri Baş Komandanı yanvarın 24-də Azərbaycana gələcək
# 14 yanvar 2013 10:35 (UTC +04:00)

B. Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək.

Bundan başqa, general B. Kalyoncu səfər çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında olacaq. Türkiyə nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşləri də planlaşdırılır.

Qeyd edək Ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında Qazaxıstan Daxili Qoşunlarının komandanı, general-mayor Ruslan Jaksılıkovun, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayevin və Monqolustandan müvafiq qurumunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirakı gözlənilir. Toplantıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması elan ediləcək, həmçinin rəhbər strukturlar formalaşdırılacaq.

Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılması barədə niyyət protokolu 2011-ci ilin iyun ayında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR