Yevlaxda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO

Yevlaxda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 17 fevral 2013 14:31 (UTC +04:00)

Yevlax. Teymur Zahidoğlu - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abasquliyev, hərbi hissənin komandiri, polkovnik-leytenant Ramin Bağırov və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik ediblər.

General əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

Qeyd edək ki, DSX-nin Yevlax rayonunda yerləşən hərbi hissəsi Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə ötən ilin oktyabr ayında istifadəyə verilib. Müasir tələblərə cavab verən hərbi hissədə əsgər yataqxanası, xəstəxana, yeməkxana, zabit və gizirlər üçün mənzillər, uşaq bağçası və qərargah binasında hərbi qulluqçular üçün hər cür şərait yaradılıb.

Tədbir başa çatdıqdan sonra M. Abbasquliyev gənc əsgərlərin valideynləri ilə görüşüb.

Valideynlər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR