Zakir Həsənov: "Ermənistanın törədilə biləcək istənilən təxribatının qarşısı dərhal və qətiyyətlə alınmalıdır" 

Zakir Həsənov: "Ermənistanın törədilə biləcək istənilən təxribatının qarşısı dərhal və qətiyyətlə alınmalıdır" 
# 24 sentyabr 2022 11:45 (UTC +04:00)

Azərbaycan Ordusunda şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatının qarşısı bundan sonra da dərhal və qətiyyətlə alınmalıdır.

APA xəbər verir ki, bu barədə nazir Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR